“Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük!” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük!” – Prezidentə məktub

13:35 - 27 / 04 / 2020
“Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük!” – Prezidentə məktub

“İnanırıq ki, Sizin rəhbərliyiniz, Mehriban xanımın yaxından köməyi ilə bu düşmənə də qalib gələcəyik”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Xızı sakini Şükufə Talıbovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident.

Xızı rayonunun Baxışlı kəndindən 52 il kitabxanaçı kimi çalışmış ağbirçək ana kimi Sizi və Mehriban xanımı Ramazan ayının başlanması münasibətilə ailəmizin və kəndimizin sakinləri adından təbrik edirəm.

Dünyanı cənginə alan, həmçinin ölkəmizə də təsir göstərən gözəgörünməz düşmənin məhv edilməsi üçün yorulmadan, müdrikcəsinə atdığınız addımlar xalqımızın sağlamlığının qorunması, rifahımızın yüksəldilməsi üçün göstərdiyiniz şücaətinizə heyranıq. İnanırıq ki, Sizin rəhbərliyiniz, Mehriban xanımın yaxından köməyi ilə bu düşmənə də qalib gələcəyik.

Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük!”.

1news.az

 

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər