Milli Məclisinin iclaslarının videokonfrans sistemi vasitəsilə keçirilməsi qaydası müəyyənləşib | 1news.az | Xəbərlər
Rəsmi

Milli Məclisinin iclaslarının videokonfrans sistemi vasitəsilə keçirilməsi qaydası müəyyənləşib

1news Redaksiyası16:32 - 28 / 04 / 2020
Milli Məclisinin iclaslarının videokonfrans sistemi vasitəsilə keçirilməsi qaydası müəyyənləşib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

1news.az-ın ölkə başçısının rəsmi saytına istinadən məlumatına görə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının müraciəti əsasında Azərbaycan Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.”.

Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.

1news.az

Paylaş:
723

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər