UEFA koronavirusla mübarizə üçün AFFA-ya 4,3 milyon avro ayırdı | 1news.az | Xəbərlər
Futbol

UEFA koronavirusla mübarizə üçün AFFA-ya 4,3 milyon avro ayırdı

12:19 - 28 / 04 / 2020
UEFA koronavirusla mübarizə üçün AFFA-ya 4,3 milyon avro ayırdı

UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosiasiyaya maliyyə yardımı ayırıb.

1news.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, vəsait ümumilikdə 236,5 milyon avro təşkil edir.

Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürüləcək. Hər federasiyanın hesabına 4,3 milyon avro məbləğində vəsait köçürüləcək.

Bununla yanaşı, qitə futbol qurumu koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya bütün səviyyələrdə öz prioritetlərini təyin etməyə icazə verib.

Qeyd edək ki,  HatTrick yardım proqramı ümumiyyətlə milli assosiasiyalara əməliyyat xərclərini qarşılamaq və futbolun müəyyən sahələrinin məqsədyönlü inkişafı üçün vəsait ayırır. Bu dəfə UEFA, bütün səviyyələrdə koronavirus epidemiyasının futbola mənfi təsiri fonunda hansı vəzifələrin həll olunmasının lazım olduğunu assosiasiyaların özlərinə həvalə edib.

UEFA prezidenti Alexander Cheferin assosiasiyalara maliyə yardımı ayrılması ilə bağlı deyib:

“İdmanımız COVID-19 böhranının yaratdığı misli görünməmiş bir sınaqla qarşı-qarşıyadır. UEFA, assosiasiyalarına problemlərinə xüsusi hallarda uyğun olan şəkildə cavab verməkdə kömək etmək istəyir. Bu pullar assosiasiyalar tərəfindən futbol ictimaiyyətini lazımi formada bərpa etmək üçün istifadə edilə bilər.

İnanıram ki, kömək etmək üçün məsuliyyətli bir qərar verdik. Mövcud böhran dövründə futbolun nümayiş etdirdiyi birlikdən qürur duyuram. Şübhəsiz ki, adət etdiyimiz həyat tərzinə qayıtma prosesinin mərkəzində futbol olacaq. Bu an gələndə futbol cavab verməyə hazır olmalıdır”.

1news.az

Paylaş:
1097

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər