Müdafiə Nazirliyi: Ermənistan KİV-ində yayılan xəbər həqiqəti əks etdirmir | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Ermənistan KİV-ində yayılan xəbər həqiqəti əks etdirmir

20:12 - 29 / 04 / 2020
Müdafiə Nazirliyi: Ermənistan KİV-ində yayılan xəbər həqiqəti əks etdirmir

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

S.Xankişiyeva

 

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər