ABŞ dövlət katibi Türkiyəyə təşəkkür etdi | 1news.az | Xəbərlər
Dünya

ABŞ dövlət katibi Türkiyəyə təşəkkür etdi

10:15 - 30 / 04 / 2020
ABŞ dövlət katibi Türkiyəyə təşəkkür etdi

Amerika xalqı dostluğunuz, tərəfdaşlığınız və dəstəyiniz üçün sizə minnətdardır.

1news.az-ın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo yeni növ koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində göstərdiyi tibbi ləvazimat yardımına görə Türkiyəyə təşəkkür edərkən deyib.

Pompeo Türkiyənin ABŞ-a göndərdiyi tibbi yardımı daşıyan hərbi yük təyyarəsinin Vaşinqton yaxınlığındakı Endrüs aerodromuna enməsi zamanı çəkilən fotonu “Twitter” səhifəsində paylaşıb.

“Böhranlı vaxtlarda NATO müttəfiqləri bir yerdə olmalıdır. Pandemiyanın ən çox özünü göstərdiyi regionlarda COVID-19 ilə mübarizəmizə kömək etməsi məqsədilə tibbi ləvazimat və qoruyucu vasitələr məsələsində səxavətli yardımı üçün Türkiyəyə təşəkkür edirik. Amerika xalqı dostluğunuz, tərəfdaşlığınız və dəstəyiniz üçün sizə minnətdardır” - mesajda deyilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ABŞ-a göndərilən Türk Silahlı Qüvvələrinə aid yük təyyarəsi Türkiyə saatı ilə 00:30-da Endrüs aerodromuna eniş edib.

Yardım bağlamalarında 500 min maska, 400 min önlük, 2 min litr dezinfeksiyaedici məhlul, 500 ədəd qoruyucu, 400 ədəd N95 tipli maska, 1500 ədəd qoruyucu eynək olduğu bildirilib.

Pandemiyanın ən çox özünü göstərdiyi ölkə olan ABŞ-da 1 milyondan çox insana COVID-19 diaqnozu qoyulub, 57 mindən çox insan virus səbəbiylə həyatını itirib.

Qafar Ağayev

Paylaş:
635

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər