Milli Məclisin iki şöbəsi ləğv edildi | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin iki şöbəsi ləğv edildi

21:53 - 01 / 05 / 2020
Milli Məclisin iki şöbəsi ləğv edildi

Milli Məclis Aparatında aparılan struktur islahatları çərçivəsində parlamentin iki şöbəsi ləğv edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncamla Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilib.

S.Xankişiyeva

 

Paylaş:
903

Son xəbərlər

Bütün xəbərlər