İlham Əliyev polşalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev polşalı həmkarını təbrik edib

16:23 - 02 / 05 / 2020
İlham Əliyev polşalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bugünkü səviyyəsi, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra daha da dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına daim rifah arzulayıram".

S.Xankişiyeva

 

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər