Milena Nəbiyeva yoxsul ailələrdə dördüncü uşağa vergi tətbiq edilsin dedi, sosial şəbəkələrdə ara qarışdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milena Nəbiyeva yoxsul ailələrdə dördüncü uşağa vergi tətbiq edilsin dedi, sosial şəbəkələrdə ara qarışdı – FOTO

17:25 - 07 / 05 / 2020
Milena Nəbiyeva yoxsul ailələrdə dördüncü uşağa vergi tətbiq edilsin dedi, sosial şəbəkələrdə ara qarışdı – FOTO

Rəssam və “Həyata Ümid” İctimai Birliyinin rəhbəri Milena Nəbiyevanın yoxsul ailədə dördüncü uşağa vergi tətbiq edilməsi təklifi sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi qalmaqala səbəb olub.

Karantin tətbiq edildiyi vaxtdan Nəbiyeva dostları ilə birlikdə Bakıda yaşayan aztəminatlı ailələrə dəstək olmaq üçün ianələr toplamağı təşkil etdi.

Bu ailələrə baş çəkən Milena Nabiyevanın sözlərinə görə, onu təəccübləndirən bir məqamla qarşılaşıb. Aztəminatlı ailələrin böyük əksəriyyətinin çoxlu sayda uşağı vardı. Baxmayaraq ki, bu qədər çox uşağı saxlamaq üçün maddi imkanları da yoxdur. Bu müşahidələrdən, onda dördüncü uşağa vergi tətbiq etməklə bu cür valideynləri məsuliyyətə çağırmağın zəruriliyi fikri yaranır.

Bu barədə o, Facebook səhifəsində yazır:

“Sabahınız xeyir, dostlar!

Yenidən dövlətə müraciət edirəm ki, kasıb ailələrdə çoxsaylı uşaq problemi həll olunsun!

Bəli, bəlkə mən hissiyyatsız görünürəm, amma ... buna son qoymaq lazımdır.

Son zamanlarda mən 4,5,6,7 uşağı olan bir çox ailədə oldum və həmin ailələrdə uşaqları yedirtmək üçün ərzaqları yoxdur. Xahiş edirlər, kömək diləyirlər. Mən və mənim kimi başqaları bunu bir, iki, üç dəfə edə biləcək, bəs sonra?!

Əhalimiz sayında azalma var? Bizim buna ehtiyacımız var? Statistikaya görə, bu gün Azərbaycanda 10 milyondan çox insan var ... Düşünmürəm ki, kəskin əhali qıtlığımız yoxdur.

Bilirik ki, çox vaxt aztəminatlı ailələrin uşaqları oğru, təcavüzkar və qatil olurlar. Özlərinə güvənməyən insanlardır. Öz uşaqları olan insan daim özündən qopararaq bu cür ailələrə kömək edə bilməz! Bizə “düzgün” əhalisi olan güclü dövlət lazımdır. Və bu problemin həll olunması üçün ailədəki 4-cü uşağa vergi qoyulması qanunu tətbiq etməlisiniz. O zaman onlar düşünərlər ki, uşaq doğsunlar, ya yox.

Öz gözlərimlə görməsəydim, inanmazdım! Düşünürdüm ki, yaxşı, bəlkə bir neçə ailə belə yaşayır! Nə bir neçə??? Onların sayı-hesabı yoxdur ...

Ümumiyyətlə uşaqların layiqli mövcudluğu, tərbiyəsi, qidalanması, təhsili və s. ilə təmin edilməsini nədənsə onlar düşünmürlər. Uşaq çox gözə nemətdir. Əsas odur ki, doğsunlar, sonra böyük uşaq digərlərinə baxacaq? Orada artıq tərbiyə də düzgün olmaz və ev antisanitar şəraitdə...

Ən əsası, bu ailələr rayonlardan Bakıya qaçırlar. Torpaq sahələrini zəbt edirlər, sonra kim onlara toxunarsa özlərini yandıracaqları, ya da damarlarını kəsəcəkləri ilə təhdid edirlər ...

Bu problemi həll etməliyik, əks halda gələcəkdə problemlərlə üzləşəcəyik. Problemlər isə artıq var!”

Bu status sosail şəbəkələrdə birmənalı qarşılanmadı. Bəziləri valideynləri qınayaraq öz övladlarının həyatını puç etdiklərini, uşaqların gələcəyi, ən azı onlara təhsili verməyi düşünmədiklərini bildirərək Milena Nəbiyevanı dəstəklədilər.

Digərləri, dördüncü uşağa vergi tətbiq edilməsinin cəfəngiyyat olduğunu dilə gətirdilər. Heç də hər zaman yoxsul ailələrin övladları quldur olmaq məcburiyyətində deyil. Nəticədə bir çox alim, sənət adamı və görkəmli siyasətçilər kasıb ailələrdən olub.

Bəziləri fikirlərini adekvat şəkildə ortaya qoyurdusa, digərlər isə “bir-birini daşqalaq etdilər”. Bu və ya digər şəkildə, mövzu qızğın müzakirələrə səbəb oldu, bunun ardınca Milena öz mövqeyini aydınlaşdırmaq üçün başqa bir status yazdı (status sonradan silindi).

Qeyd edək ki, “Ayna” nəşrinin jurnalisti İradə Əsədova Milenanın ünvanına kəskin tənqidlə çıxış edib:

“Oxudum və sarsıldım. Nələri gördük? Milenanı bir rəssam kimi tanıyıram, lakin kiminsə belə bir dəhşətli açıqlamalar vermək hüququ var? Bilirəm ki, o, ərzaq almaq üçün camaatdan fəal kömək istədi və bir çox insan bu yoxsul ailələrə kömək üçün ona qoşuldu. Və belə bir sonluq? Cəzalandırmaq üçün qidalandırmaq? Məni nə iləsə təəccübləndirmək çətindir, amma indi şokdayam. Söz tapmıram ... Regina Todorenkonun fikirləri – Milena Nəbiyevanın gördüyü işlərlə müqayisədə heç nədir. İctimaiyyət susmamalıdır!”

İ.Əsədovanın mövqeyi bir çox sosial şəbəkə istifadəçiləri arasında dəstək tapdı. Bununla yanaşı, rəssamı dəstəkləyənlər də vardı – onların arasında jurnalistlə söz davasına çıxan Azərbaycanın Xalq artisti Faiq Ağayev idi.

1news.az ekspert firkinini almaq üçün məşhur psixiatr Araz Manuçeri-Laleiyə müraciət etdi və o, qeyd etdi ki, bu problemə birtərəfli yanaşmaq olmaz:

Psixiatr hesab edir ki, dünya tarixində çox insanlar – idmançılar, elm adamları, mədəniyyət xadimləri, onlar yoxsul  ailələrdə böyüyüblər:

“Məhz bu çətinliklər onların potensiallarını açmağa və yüksəkliklərə çatmağa imkan verib.  Onlar doyunca bəslənmirdilər, qardaş və bacılarının köhnə paltarını geyinirdirlər, çətin uşaqlıq dövrü yaşayıblar, amma sonda dahi oldular və cəmiyyətə yaxşı şəraitində böyümüş bəzi həmyaşıdlarından daha çox fayda gətirdilər. Buna görə vergi tətbiq etməyi düzgün yanaşma hesab etmirəm. Bu seçim valideynlərin özlərinə verilməlidir”.

Psixiatr qeyd etdi ki, təkcə kasıb ailələrin çoxlu uşağı olmur:

“90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amerikada yeniyetmə və gənclər arasında cinayətin sayı kəskin şəkildə aşağı düşdü. Məlum oldu ki, 70-ci illərdə Amerikanın bir çox ştatında abortlara icazə verilib və maarifləndirmə işləri aparılıb, nəticədə daha az arzuolunan uşaqlar dünyaya gəlib. Buna görə əhalini maarifləndirmək, həyat keyfiyyətini yaxşılaşdırmaq, tibbi xidmət göstərmək, təhsil səviyyəsini yüksəltmək, mükəmmələşdirmək və inkişaf etdirmək lazımdır, dördüncü uşağa vergi tətbiq etmək lazım deyil. Bu məsələyə hərtərəfli yanaşsaq, mütləq nəticəsini görəcəyik”.

Öz növbəsində, sosial blogger Saleh Nəsirov 1news.az-a verdiyi müsahibədə qeyd etdi ki, M.Nəbiyeva sosial işçi deyil və bu sahədə səlahiyyətli şəxs olmadığı üçün belə təklif verməməlidir. Digər tərəfdən, o, subyektiv fikrini ifadə etdi, buna görə onu "cəzalandırmaq" düzgün olmaz:

“SSRİ-də çox uşaq sahibi olmaq dəb idi, lakin indiki vaxt və şərtlər tamamilə fərqlidir. O zamanlar dövlət özü doğmağa təşviq edirdi, çünki çoxlu sayda fabrik, zavod, kolxoz, sovxoz vardı və ölkə kömək əlinə ehtiyac duyurdu. Həmçinin ehtiyacı olanların hamısı qeydiyyata düşərək mənzil ala bilirdi. Bu gün vəziyyət tamamilə fərqlidir. Bir çox insan uşaq doğur və bu uşağın hansı şəraitdə yetişdirəcəyi barədə düşünmür.

Əsasən, bir çox kasıb ailələrdə təhsili olmadığı üçün çoxlu uşaq dünyaya gətirmək meyli məhz bundan irəli gəlir. Bu problem yalnız təhsilin səviyyəsini yüksəltməklə həll edilə bilər”.

S.Nəsirovun sözlərinə görə, ilk növbədə müxtəlif QHT və ictimai birliklər, habelə dövlətin özü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, icra hakimiyyətinin və digər dövlət orqanlarının bazasında qeydiyyata alınmış aztəminatlı ailələrlə işləməlidir. Sosial işçilər belə ailələrə baş çəkməli və gəlirlərinə uyğun olaraq uşaq dünyaya gətirmələri lazım olduğunu izah etməli və qorunmaq üçün kontrasepsiyalardan istifadə edilməlidir:

"Çox vaxt bu cür insanlar düşüncəsiz şəkildə uşaq sahibi olmağı planlaşdırırlar - sadəcə məsuliyyətsiz şəkildə müdafiəsiz sekslə məşğul olurlar və hamilə olduqlarını bildikdə deyirlər: “Eybi yox, Allah bəxş edibsə, deməli böyüdəcəyik!” Bu çox yanlış düşüncə tərzidir. Uşağın sağlam böyüməsi üçün yaxşı yeməlidir, çünki ölkənin genetik fondu ondan asılıdır.

Bizdə doğuşa əlavə olaraq, QİÇS və digər cinsi yolla ötürülən xəstəliklərdən qorunmağa kömək edən kontraseptivlərin reklamı da yoxdur. Hesab edirəm ki, kontraseptivlərin istifadəsi təbliğ olunmalıdır, həmçinin yoxsul və həssas ailələrə pulsuz paylanılmalıdır.

Kasıb ailələr özlərinə kontraseptiv almayacaqlar, çünki birincisi, bu, ucuz zövq deyil, ikincisi, Azərbaycanda hətta böyüklər də aptekə getməyə və prezervativ almaqdan utanırlar. Çünki onlar həyəcanlanır, qızarır və tərləməyə başlayırlar. Bu illər ərzində formalaşıb, çünki ölkəmizdə seks mövzusu həmişə tabu olub. Bu sahədə maarifləndirmə işləri aparılmalıdır”.

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Saleh Nasirov (@saleh.nasirov)

Nəsirovun sözlərinə görə, bu cür məsuliyyətsizlik təkcə uşaqların əziyyət çəkmələrinə deyil, həmçinin dövlətdən və ya xeyirxah insanlardan pul istəyən valideynlərin özləri üçün də çətindir. Lakin ilk növbədə bunun günahkarı özləridir. Bütün bunların kökündə vergilərin tətbiqi deyil, əhalinin savadsızlığı dayanır:

“Hesab edirəm ki, Milena Nəbiyeva bu statusu emosional vəziyyətdə yazıb. O, belə ailələrə baş çəkdi, öz gözləri ilə acınacaqlı vəziyyəti gördü və bütün bunlar bir ana kimi onun qəlbinə toxundu. Lakin o, nəticə çıxardı və gələcəkdə ictimai açıqlamalara daha həssas yanaşacaq. Nə qədər üzülsək də, hər şeyi sosial şəbəkələrə tökməməliyik, əks halda belə bir nəticə olacaq. Bir vaxtlar mən də bundan keçdim, buna görə indi paylaşımlarıma daha məsuliyyətli yanaşıram.

Lakin onun toxunduğu problem mövcuddur. Yadımdadır, bir dəfə mənə yeddi uşağı olan bir ailəyə kömək istəyənlər müraciət etdi! Əlbətdə ki, kömək etdim və fürsətdən istifadə edərək ictimaiyyətə müraciət etdim ki, bu qədər çox uşağı dünyaya gətirməsinlər. Onları yalnız maddi cəhətdən deyil, həm də fiziki, mənəvi, zehni baxımdan saxlamaq çətindir, buna görə hər bir valideyn bütün ehtiyatlarını düşünərək və böyüdə bilməyə gücü çatdığı qədər çox uşaq dünyaya gətirməlidir”.

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Saleh Nasirov (@saleh.nasirov)

Sonda qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə heç kim valideynləri zəruri hesab etdikləri qədər uşaq dünyaya gətirmək hüququndan məhrum edə bilməz.

Bununla yanaşı, Konstitusiyada  qeyd olunur ki, hər bir valideyn uşağına qayğı göstərməlidir.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
4016

Son xəbərlər

Bütün xəbərlər