I Qarabağ müharibəsinin itkin-şəhidi Mikayıl Əliyevlə vida mərasimi keçirilib
 
            
            
            Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Əliyev Mikayıl Atababa oğlu ilə vida mərasimi keçirilib.
1news.az "Report"a istinadən xəbər verir ki, mərasim şəhidin Xəzər rayonu Zirə qəsəbəsində yerləşən evində baş tutub.
Mərasimdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Mikayıl Əliyevin nəşinin qalıqları Zirə qəbristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R. Abbasov 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.
92












