TƏBİB şagird və valideynlərə müraciət edib

Qarşıda dövlət imtahanlarının keçirilməsi gözlənilir. Biz valideynləri məsuliyyətli olmağa və onları imtahan binalarının qarşısında toplaşmamağa çağırırıq.
1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, artıq imtahanların keçirilməsi ilə bağlı təlimat hazırlanıb və yayımlanıb:
“İmtahanların həmin təlimat əsasında keçiriləcək. Həm Dövlət İmtahan Mərkəzi, həm ali məktəblər, həm də orta məktəblərin imtahanlarında bu tibbi göstərişlərə əməl olunmalıdır. Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq. Valideynlərə indidən müraciət edirik ki, ali məktəblərə qəbul imtahanları keçiriləndə imtahan binalarının qarşısına toplaşmasınlar”.
S.Xankişiyeva