“Prezidentin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

“Prezidentin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiqlənib

15:46 - 13 / 05 / 2020
“Prezidentin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın ölkə başçısının rəsmi saytına istinadən xəbərinə görə, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə qərara alınır:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanları videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.

1news.az

Paylaş:
619

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər