Leyla Abdullayeva: Azərbaycan vətəndaşlarının xaricə səfərləri bağlı məhdudiyyət yoxdur

Azərbaycan vətəndaşlarının xaricə səfərləri bağlı məhdudiyyət yoxdur.
1news.az-ın verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sadəcə, mayın 31-dək beynəlxalq uçuşlar dayandırılıb:
“Xarici ölkələr əcnəbi vətəndaşları qəbul etmir. Lakin müstəsna hallar olarsa və qarşı tərəf vətəndaşı qəbul etməyə hazırdırsa, həmin şəxs xarici ölkəyə səfər edə bilər”.
S.Xankişiyeva
1208