Güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir | 1news.az | Xəbərlər
Siyasət

Güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir

09:32 - 14 / 05 / 2020
Güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir

Dövr dəyişir, bu dəyişkənliyin içində, istəklər, tələblər və çağırışlar da  özünə münasib istiqamət çızır, mühütə uyğun düşüncələr formalaşır. Bu zaman hadisələr arasında mövcud olan zəruri əlaqəyə baxış bucağı yaranır. İnsan əqlinin  imkanları isə  məsafə və hədəfləri, yaranmış mənzərəni   daha düzgün təhlil etmək, ədalət meyaranı işə salmaq, vətandaşlıq mövqeyini ortaya qoymaq borcunu özünə məqsəd hədəfləyir...

Qloballaşma dövrü, liderlik böhranı, yeni tipli liderlərə olan ehtiyac. Bu gün dünyanı narahat edən, yaranmış çətinliklərdən  dövləti və xalqı itkisiz çıxarmaq bacarığına malik, eyni zamanda müsair çağırışların əhatəsində milliliyi qoruyaraq, öz idarəçilik modelini yaradan və xalqı ilə həmrəy olan liderlərə az rast gəlinir. Çünki, liderlik ilk öncə xalqa və torpağa olan məhəbbətdən, ona olan bağlılıq ruhundan qaynaqlanır. İntellekti ilə hadisələrin gedişini dövlətinin mənafeyi  naminə dəyişməyi bacaran, sadəliyi ilə hər bir vətəndaşın dostuna, qətiyyəti ilə güvəninə çevrilən liderə məxsus olan xalq, ən güclü dövlətə çevrilmək iqtidarındadır. Bu meyyarları özündə cəmləndirən, şəxsində təzahhür edən, yeni dövrün liderinin cizgilərini yaradan mənzərə isə möhtəşəmlik əks etdirir.

Tarixi gedişat və əldə etdiyimiz biliklər ölkələrin qurluşunda və idarəçilik sistemində fərqilik olduğunu göstərir. Əsrlər  boyu dövlətlərin inkişafı və gələcək mövcudluğu liderin uzaqgörənliyinə və idarəçilikdə təcrübəsinə əsaslanıb. Bu tendensiya müasir dövrdə də öz aktuallığını qoruyub saxlayır və güclü lider faktoruna istinad edir.  Müasir dünyada layiqli yer tutmaq, etibarlı tərəfdaşa çevrilmək, müxtəlif siyasi baxışların əhatəsində, milli kimliyi ortaya qoyaraq, bəşəriyyətin gələcəyi naminə qlobal çağırışlara cavab verən mühüt formalaşdırmaq kimi çətin və məsuliyyətli missiyanı yerinə yetirmək- budur Azərbaycanın dünyaya təqdim etdiyi yeni dövrün lidelik nümunəsi . Günümüzün reallığı bunu tamlığı ilə özündə əks etdirir və dünyanın təqdirində təsdiqlənir.

 Dünya ölkələri içində nüfuz məqamında yüksəlnən Azərbaycanın inkişafı  və əldə etdiyyi nəaliyyətlər sözsüz ki, müxtəlif münasibətlər sisteminə də öz təsirini buraxır. Yeni tərəfdaşlarla yanaşı, soyuq müharibə aparanların qısqanc yanaşmalarına da rast gəlinir, müəyyən məqamlarda özünü açıq şəkildə biruzə verir. Butün bunlara baxmayaraq, aparılan irimiqyaslı islahatlar, dövlətimizin xarici siyasət vektorlarının dəyişməsi, yeniləşmə prosesləri  beynəlxalq siyasətdə düzgün və ədalətli mövqedən çıxış etməsi, yeni uğurlar qazandırır. Xalqının  səsi, dövlətinin  siması, yol göstərəni  olmaq və bununla bərabər haqq səsini ucaldaraq, ədalətin bərqərarı üçün qətiyyət nümayiş etdirmək güclü liderlərə məxsus xüsusiyyətlərdir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin "Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı ardıcıl və cəsarətli mövqeyi, beynəlxalq tədbirlərdəki  çıxışlarındakı qətiyyət, cəsarət,  milli maraqlara sədaqətin  sübutudur.  Qarşısına çıxan bütün problemlərin həllinə müdrik yanaşması,  hər bir çətinliyi üstünlüyə çevirmək bacarığı, dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında bilgiləri, analitik mühakiməsi, prinsipiallığı müasir  dövlət xadiminin parlaq nümunəsidir.

Azərbaycan dünyanın bir parçasıdır və dünyada gedən proseslər bizdən yan keçə bilməz. Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası ilə mübarizə  hər bir dövlət başçısının üzərinə böyük məsuliyyət   qoydu. Bu məqmda daha çevik idarəetmə, düzgün qərarlar qəbul etmək bacarığı təqdim etmək lazım gəldi.  Ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial paketin həyata keçirilməsi, əhalinin sağlamlığı, rifahı və müdafiəsinin tam təmin olunması istiqamətində görülən işlər, yaşlı təbəqəyə qayğı və diqqət, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən aksiyalar, bir daha  sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir.

Bu gün ölkəmizdə xalq –iqtidar həmrəyliyi mövcuddur, milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib, bütün ictimai institutlar, Azərbaycançılıq ideologiyası ətrafında birləşərək ümumi maraq və mənafelər uğrunda çalışır. Yalnız milli ruha əsaslanan mövqe və birlik  bəşəri əhəmiyyətli, mütərəqqi inkişaf üçün dəyərli töhfə ola  bilər. Məhz  “Biz birlikdə güclüyük” şuarı ətrafında birləşən xalqımız bu mövqeni bir daha ortaya qoydu və dünyaya həmrəyliyin önəmini göstərdi. Xalqın öz rəhbərinə olan inamı və minnətdarlıq dolu müraciətləri isə bu həmrəyliyin hələ neçə -neçə yeni uğurlara vəsilə olacağının mənzərəsin yaradır.

Zəkiyyə Musayeva

YAP Suraxanı rayon təşkilatının  Qadınlar Şurasının sədri

 

Paylaş:
973

Son xəbərlər

Bütün xəbərlər