Rəhman Hacıyev: Biz artıq Birinci Dünya İnformasiya Müharibəsi vəziyyətində yaşayırıq - VİDEO

Azxeber.com informasiya portalının təşəbbüsü ilə “Azərbaycan Gəncliyi Pandemiya Dövründə” vebinarı baş tutub.
1news.az xəbər verir ki, Onlayn konfransda Milli Məclisin deputatları Naqif Həmzəyev, Kamal Cəfərov, 1news.az informasiya agentlinin rəhbəri Rahman Hacıyev, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, İslahatçı Gənclər İctimai Birliyinin sədri Farid Şahbazlı, Polşa Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova, UNEC “Sabah” qruplarının müəllimi Könül Quliyeva, bloggerlər Aynişan Xalid Guliyeva və Arzu Kərimli, Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov və Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edib.
Onlayn konfrans azxəbər.com saytında, eyni zamanda “youtube” və “facebook” səhifələri canlı yayımlanıb.
Onlayn konfransda çıxış edən 1news.az İnformasiya Agentliyinin rəhbəri Rəhman Hacıyev təşəbbüsü irəli sürənlərə təşəkkür edib. R.Hacıyev deyib:
"Sirr deyil ki, indiki vəziyyət sözün əsl mənasında fövqəladədir. İyirminci əsrdə baş verən iki dünya muharibəsinin bəşəriyyətə vurduğu ziyandan sonra biz, demək olar ki, bu miqyasda olan bir qlobal promlemlə üzləşməmişik.
Sözsüz ki, dünyanın fərqli regionlarında cürbəcür ciddi siyasi, iqdisadi, epideomoloji və hətta hərbi problemlər mövcuddur. Lakin, buna baxmayaraq, dünya çoxdandır ki bu dərəcədə iflic olmamışdır.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə Dünya üzrə ümumi daxili məhsulun həcmi 3% qədər azala bilər. Keçən il biz 3% qədər artımı müşahidə etimişik. Maraqlısı ondadır ki, inkişaf etmiş ölkələrin iqdisadiyyatı 6%-dan çox azala bilər, inkişaf edən ölkələrin ÜDM-i isə 1% qədər azalacaq. Lakin, bildiyiniz kimi, iqdisadi inkişaf dövrlərdən ibarətdir. Artıq 2021-ci ildə biz artımı müşahidə edəcəyik".
"Bu gedişatların Azərbaycana təsiri olacaqmı?" - deyə, 1news.az İnformasiya Agentliyinin rəhbəri fikirlərinə davam edib:
"Sözsüz ki, olacaq. Biz artıq bunu görürük. Dünya enerji bazarlarında neftin qiymətinin kəskin azalması, ölkələrin alıcılıq qabiliyyətinin aşağı düşməsi də bizim ixracımıza təsirini göstərməyə bilməz. Bundan başqa ölkə daxilində pandemiyanın yayılması riskəri də öz aktuallığını hələ ki itirməyib.
Rəhman Hacıyev bildirib ki, bu tipli fövqəladə vəziyyətlərdə, bir qayda olaraq, müxtəlif təsir qrupları öz fəaliyyətini aktivləşdirirlər:
"Bunlar həm ölkə daxilində, həm xaricdə yerləşə bilər. Bizim vəziyyətimizdə mən birbaşa Ermənistanı və bu dövlətlə bağlı olan qrupları xüsüsən qeyd etmək istəyirəm.
Bundan başqa kifayət qədər digər qüvvələr var, lakin mən konkretləşdirmək istəməzdm, çünki bu fərqli bir müzakirənin mövzusudur. Bugün isə, onların əsas instrumenti olan, feyk nyus (fake newa) adlanan fenomeni xüsusi qeyd etmək istəyirəm. Yadınızdadırsa pandemiyanın ilk günlərindən Votsap və Feysbuda, İnstaqramda və digər sosial şəbəkərdə cürbəcür yalan məlumatlar paylaşılırdı, əhali arasında ya narahatlıq, ya təhlükə və qorxu hissləri yayılırdı.
Bəzilər hesab edirlər ki, pandemiya 3-cü Dünya müharibəsinə çox bənzəyir. Mən isə deyərdim ki, biz artıq Birinci Dünya İnformasiya Müharibəsi vəziyyətində yaşayırıq. Bu çox ciddi məsələdir, və indki kimi fövqaladə vəziyyətlərdə medianın rolu çox da vacibdir. Feyk xəbərləri yaymamaq, bütün məlumatların mənbelərini jurnalistika prinsiplərinə uyğun olaraq yoxlamaq, dərc olunan məlumatın düzgünlüyündə maksimum əmin olmaq... bunlar hamısı jurnalistlərin öhdəlikləridir.
Media sanki cəmiyyətin, ölkənin lakmus kağızına çevrilir. Kosmik sürətlə yayılar feyklərin dünyasında məhz dürüst, ədalətli media qurumları həqiqəti yalandan ayırmaqda ən vacib vasitəyə çevrilir".
"Azərbaycan mediyası, fikrimcə, pandemiya dövründəki bu stress testi keçə bilib" - deyə, Rəhman Hacıyev sözlərinə əlavə edib :
"Sözsüz ki, inkişaf üçün heç zaman məhdudiyyat yoxdur, lakin bugunki vəziyyətimiz hələ bir neçə il bundan öncə olan vəziyyətdən daha yaxşıdır. Media qurumlarında (söhbət ciddi resurslardan gedir) daha çox peşəkarlıq və məsuliyyət hiss olunur. Mən buna yalnız sevinə bilərəm".
1news.az