İri ticarət mərkəzlərinin açılması hələ ki nəzərdə tutulmur – Operativ Qərargah | 1news.az | Xəbərlər
Cəmiyyət

İri ticarət mərkəzlərinin açılması hələ ki nəzərdə tutulmur – Operativ Qərargah

18:16 - 15 / 05 / 2020
İri ticarət mərkəzlərinin açılması hələ ki nəzərdə tutulmur – Operativ Qərargah

İri ticarət mərkəzləri ilə bağlı qadağalar hələ ki qüvvədədir. Çünki bu cür yerlər insanların kütləvi toplaşdığı obyektlərdir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Buna görə də belə yerlərdə yoluxma təhlükəsi çox ola bilər. Bu səbəbdən onların açılması hələ ki nəzərdə tutulmur. Təəssüf olsun ki, yoluxmanın statistikası hələ ki iri ticarət mərkəzlərinin açılmasına imkan vermir”.

S.Xankişiyeva

 

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər