Trampın məktubu həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də cənab Prezidentimiz şəxsiyyətinə hörmətin göstəcisidir | 1news.az | Xəbərlər
Siyasət

Trampın məktubu həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də cənab Prezidentimiz şəxsiyyətinə hörmətin göstəcisidir

21:11 - 15 / 05 / 2020
Trampın məktubu həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də cənab Prezidentimiz şəxsiyyətinə hörmətin göstəcisidir

Respublika günü münasibətilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alan fikirlər bir neçə baxımdan əhəmiyyətlidir.

Hər şeydən əvvəl, ABŞ  dövlətinin mövqeyini ifadə edən bu məktubda amerikan hökuməti Azərbaycan Respublikasının suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini və ölkəmizin bu yolla irəliləməsi istəyini bəyan edir. Birləşmiş Ştatlar dövləti millətimizin gələcək inkişafını müstəqillikdə və suverenlikdə görür.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı söyləyib.   

Millət vəkili qeyd edib ki, D.Trampın ABŞ və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il uğurla əməkdaşlıq etdiklərini xatırlaması həm toplanmış müsbət tarixi təcrübəyə diqqət yönəldilməsi baxımından, həm qarşıqlıqlı münasibətlərin möhkəm təməllərinin, həm gələcək əməkdaşlıq üçün böyük potensialın olmasının, həm də  Azərbaycanın keçdiyi uğurlu yolun və dünya siyasətində oynadığı rolun, tutduğu yerin təsdiqidir.

“Bu o deməkdir ki, ABŞ hökuməti bundan sonra da ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Qeyd etmək lazımdır ki, iki ölkə beyənlxalq terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlıq etmişlər. D.Trampın Amerika və Azərbaycan xalqlarını iki böyük xalq adlandırması da mənalıdır. Bu, bir daha göstərir ki, xalqın böyüklüyü onun sayının azlığı və çoxluğu ilə ölçülmür. Xalqı böyük edən dövlət rəhbərlərinin yürütdüyü siyasətdir. Deməli, bu məktub eyni zamanda Azərbaycan xalqının dünyada böyüklüyünü təsdiq etdirən və beynəlxalq siyasətdə yerini gücləndirən dövlət rəhbərimiz İlham Əliyevin xidmətlərinə verilən beynəlxalq qiymətdir.

Üçüncüsü, məktubda ABŞ hökumətinin demokratikləşdirmə sahəsində Azərbaycanın hakimiyyətinin fəaliyyətini yüksək qiymətləndirməsi və demokratik idarəetməni təşviq etməsi, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına dəstək verməsi niyyətinin bəyan edilməsi də əhəmiyyətlidir. Bir daha aydın olur ki, Birləşmiş Ştatlar ölkəmizin gələcək inkişafını demokratiyada görür. Ancaq məlum olduğu kimi, demokratik inkişaf yolu Azərbaycan xalqının sərbəst seçimidir və o, bu yolla da inamla irəliləyir. ABŞ kimi bir dövlətin bu işə dəstək verməsi ancaq alqışlanmalıdır”.

Deputat bildirib ki, koronavirus pandemiyasının yaratdığı ağır şəraitdə Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olmasını bəyan etməsi əməkdaşlığın yaxşı nümunəsi olmaqla bərabər, gələcəkdə meydana çıxa biləcək çətin günlərdə də bir yerdə olmağa işarədir:

“Nəhayət, ABŞ-ın Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirməsini bəyan etməsi də əhəmiyyətlidir. Ancaq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təcavüzkür Ermənistana təzyiqlərin edilməsi də zəruridir.

Bütövlükdə D.Trampın məktubu həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də cənab Prezidentimiz İlham Əliyev şəxsiyyətinə, rəhbərliyinə olan hörmət və ethiramın göstəcisidir”.

S.Xankişiyeva

 

Paylaş:
924

Son xəbərlər

Bütün xəbərlər