Gay-qeyt davam edir: Milli Şura indi də Altay Göyüşovu təhqir etdi

Dünən 1news.az saytında müxalif Milli Şura rəhbərlərinin iştirakı ilə keçirilən onlayn konfransın iştirakçılar tərəfindən qeyri-ənənəvi oriyentasiya nümayəndələrini təhqir etdikləri beş dəqiqəlik nifrətə necə çevrilməsinə dair (bu artıq Gay-qeyt adlanır) material yayımlandı.
Gültəkin Hacıyeva keçmiş radio aparıcısı İsmayıl Cəlilovun Milli Şuraya qarşı tənqidinə cavab olaraq onu “qomik” adlandırdı.
Rafiq Manafov isə daha da irəli gedərək İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırdı və kədərli şəkildə 40-cı illərdə Hitlerin bütün geyləri öldürməməsindən təəssüfləndiyini söylədi.
Ətraflı oxuyun:
Siyasi deqradasiya: Milli Şura Hitlerin geyləri məhv etməməsindən niyə təəssüflənir - FOTO - VİDEO
Gözlənildiyi kimi, nə Hacıyevadan, nə Manafovdan, nə də ilk olaraq İsmayıl Cəlilovu ilk olaraq təhqir edən Milli Şuranın rəhbərlərindən olmuş Eldəniz Quliyevdən heç bir üzrxahlıq gəlmədi. Əksinə məsələ daha maraqlı (və daha xoşagəlməz) hal haldı.
Mayın 15-də axşam saatlarında E. Quliyev daha bir təhqiredici, homofob bir post paylaşaraq Milli Şuradan istefasının səbəblərini izah etməyə çalışdı. Onun yazdıqlarından bəzi hissələri təqdim edirik.
“Dostlar, Milli Şuradan istefa verməyimin səbəbləri ilə bağlı saysız-hesabsız suallara cavab vermək məcburiyyətindəyəm.
Əvvəla onu qeyd edim ki, mən MŞ-nın ilk yaradıcılarından biriyəm və hər zaman onun demokratiya uğrunda apardığı mübarızədə ön sıralarda olmuşam. Və heç kəs şübhə etməsin ki, mən xalqımın haqq etdiyi ləyaqətli həyat, demokratik təsisatlar, eləcə də mental dəyərlərimizi hifz etmək naminə,yenə də mübarizənin önündə olacam.
Bununla yanaşı, acı təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi.
Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və... o qrupun çəkisi ağır gəldi.(?!). Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cürə qəbul edə bilməzdim.
Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın (İsmayıl Cəlilov nəzərdə tutulur-red.) hucumlarından çəkinib də, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq edir.
Mən, bu sayaq mövqe sərgiləyən, ən başlıcası,siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai (daha doğrusu, artıq tamami ilə siyasi), birlikdə qala bilərdimmi? Əsla!
Xalqı özündən uzaqlaşdırmaq, ONUN dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik eləmək və ONU bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir.
Xalqa cənnət vəd edib ONU cəhənnəmə aparmağa heç kimin haqqı-hüququ-ixtiyarı yoxdur!
Mən isə hələ də öz yerimdəyəm – prinsiplərimə, əqidəmə və uğrunda mücadilə apardığım ideallarıma sadiq olaraq qalıram və başqa cür ola da bilməz! Yola davam!”.
E.Quliyevin yazdıqları əsasən bunlardan ibarətdir (onun yazısının tam mətni ilə burada tanış ola bilərsiniz).
Burda nə demək olar?
Ksenofobiyanın açıq bir təzahürü ilə təhlükəli bir demaqogiya var. E.Quliyev Allaha iman, zehniyyət və demokratiya ilə bağlı qeyri-səmimi sözlərin arxasında gizlənməklə faktiki olaraq bir qrup insanı başqa qrupla qarşı qarşıya qoyur.
Eyni zamanda, “kvazi-demokrat” yəqin ki, intellektual məhdudiyyətləri üzündən bir sadə həqiqəti başa düşə bilmir - qeyri-ənənəvi oriyentasiyaya malik olmaq insanı cinayətkar etmir (görünür Quliyev hələ də belə bir fenomenin qanun pozuntusu olduğu Sovet İttifaqında yaşayır). Deməli hər hansı bir siyasi quruluş bu insanların hüquqları barədə düşünməyə borcludur. Və o, bir siyasətçi olaraq, homofob müraciətlərinin nə qədər zərərli və hətta qanunsuz olduğunu başa düşməlidir. Açıqlamalarını heç də ən intellektual olmayan insanlara ünvanlayan bir adamdan başqa nə gözləmək olar ki?
Burada daha bir məqamı qeyd etmək lazımdır.
Quliyev Milli Şuranın geylər və lezbiyanlara qarşı etdiyi “yürüşü” dəstəkləmədiyi üçün timsah göz yaşları tökür. Cəmil Həsənli kimi, Gültəkin Hacıyeva və digər həmkarları da mağara ksenofobik görüşlərini bölüşmürlər.
Cənab Quliyevə təskinlik verməyə tələsək – onlar ondan heç nə ilə fərqlənmirlər.
Cənab Quliyev, dünənki bir onlayn konfransın videosunu nəzərdən keçirin, həmkarlarınızın çıxışlarını diqqətlə dinləyin və sakitləşin - onlar sizin kimi homofobdurlar.
Beləliklə, komediya çıxartmağı və adekvat insanların zəkasını təhqir etməyi dayandırın. Sizin triadanız bütün atəşi öz üzərinizə götürərək Milli Şuranı tənqidlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil.
Göründüyü kimi Milli Şura yalnız LGBT-yə qarşı deyil, həm də ona qarşı öz narazılığını bildirməyə cəsarət edən hər kəsə qarşı dözümsüzdür – Milli Şuranın həqiqi demokratikliyi budur.
Bu gün bu strukturun onlayn görüşünün daha bir videosu ictimaiyyətə agah oldu. Aparıcı simalar demək olar ki, eynidır. Ancaq bu dəfə nifrət tarixçi Altay Göyüşova - keçmişdə “REAL” hərəkatının liderlərindən biri olmuş, hazırda adekvat müxalifət gəncləri arasında olduqca yüksək nüfuza sahib olan müstəqil müxalifət xadiminə qarşı yönəlib.
Fotoda: Altay Göyüşov (solda).
Gültəkin Hacıyeva həmsöhbətlərinə Göyüşovun canlı yayımlarının birində onunla danışmaq istəməyən Sevinc Osmanqızını tənqid etməyə cəsarət etdiyini söyləyərək yenidən söhbəti başladan şəxs oldu.
Hacıyeva giriş hissəsini bitirdikdən sonra radikal müxalifət qəzeti “Azadlıq” ın baş redaktorunun müavini Rahim Hacıyev təşəbbüsü ələ aldı və dərhal Altay Göyüşovu “eşşək” adlandırdı. Buna görə də Hacıyev hesab edir ki, Göyüşov ümumiyyətlə, xalq qarşısında çıxış etməməlidir.
Bax belə.
Müxalifətçi jurnalistin triadası fonunda Göyüşovun çox pis hərəkət etdiyini deməklə onun aqressiyasını alovlandıran Gültəkin Hacıyeva kifayət qədər maraqlı görünürdü.
“Onu necə də pis təhqir etdi!” – deyə, Hacıyeva bildirir.
Buna cavab olaraq müzakirə iştirakçıları təhqirlərində davam edirlər.
Bu “müzakirə”nin sonunda iştirakçılar (özlərini bir dəqiqəlik demokrat adlandıranlar) Göyüşovun “qadağan edilməli” olduğu qənaətinə gəlirlər. Bax belə, qısa və aydın.
Göyüşovun özü tənqidçilərinə çox təmkinli cavab verdi:
“Kiminsə cinsi və ya cinsi oriyentasiyası deyil, Hitlerə heyran olmaq ayıbdır. Rüsvayı cinsiyyət, milliyyət və ya irqi mənsubiyyəti bu cür hesab edəndir. Bunu nə zaman başa düşsəniz, onda demokratiya haqqında danışmaq mümkün olacaq”- deyə, o, Facebook səhifəsində yazıb.
Cənab Göyüşovun adına yalnız sevinmək olar - kvazi-demokratlar onun Hitler tərəfindən məhv edilməsini istəmədilər (Altay müəllimin timsalında bu, əsl həyasızlıq olardı – nəzərə alsaq ki, professor hazırda Almaniyada yaşayır ...).
Bu məqalənin sonunda, məşhur Krılovun nadinc bir meymun, eşşək, keçi və ayıdan ibarət kvartet haqqında məşhur bir təmsilindəki sözlərini xatırlatmaq istərdim ...:
“Siz isə dostlarım, necə oturursanız da sizdən demokrat olmayacaq”.
Bax belə ... dağılışın, Allah xatirinə.
1news.az-ın redaksiyası