“Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir” – Prezidentə məktub

14:38 - 17 / 05 / 2020
“Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir” – Prezidentə məktub

“Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Füzuli rayonunun 4-cü Zobucuq qəsəbəsinin sakini, şəhid ailəsinin üzvü Səadət Hüseynovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri Azərbaycan vətəndaşı, eyni zamanda, bir mədəniyyət işçisi olaraq məni ürəkdən sevindirir. Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir. Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir. Siz karantin rejimi dövründə mədəniyyət işçilərinə diqqət və qayğınızı əsirgəmədiniz. Karantin müddətində əməkhaqlarımız saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxılmağımız buna ən gözəl nümunədir. Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi bütün sahələrdə olduğu kimi, pandemiyanın qarşısının alınması üçün verdiyiniz qərar və göstərişləri də dəstəkləyir, bu mübarizədə daim Sizin yanınızdadır.

Möhtərəm cənab Prezident, şəhid ailəsinin üzvü olaraq bu çətin günlərdə xalqımıza, o cümlədən biz mədəniyyət işçilərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

1news.az

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər