Türkiyədə 4 günlük küçəyə çıxma qadağası tətbiq olacaq
Ramazan bayramında 24, 25, 26, 27 mayda 81 vilayətimizdə küçəyə çıxma qadağası tətbiq olunacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra bildirib.
Türkiyə Prezidenti deyib ki, bəzi məscidlər 29 maydan ibadət üçün açıq olacaq. Onun sözlərinə görə, Türkiyənin 15 vilayətinə giriş-çıxış qadağası daha 15 gün davam edəcək.
Qeyd edək ki, Türkiyənin 31 vilayətindən 16-na giriş-çıxış məhdudiyyəti aradan qaldırılıb.
S.Xankişiyeva
923