Çində yenidən sərt karantin rejimi tətbiq olundu | 1news.az | Xəbərlər
Dünya

Çində yenidən sərt karantin rejimi tətbiq olundu

13:30 - 19 / 05 / 2020
Çində yenidən sərt karantin rejimi tətbiq olundu

Çin hökuməti ölkənin şimali-şərq hissəsində yerləşən Tszilin əyalətinin Şulan şəhər qəzasının yaşayış rayonlarını karantinə bağlayıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Buna səbəb mayın 7-dən indiyədək Şulan qəzasında 19 nəfərdə koronavirusun aşkarlanması olub. Bundan əlavə, həmin şəxslər daha 535 nəfərlə ünsiyyətdə olublar.

Bununla əlaqədar olaraq, yoluxma hallarının qeydə alındığı yaşayış rayonlarında mayın 18-i saat 12:00-dan etibarən administrasiyanın icazəsi olmadan sərbəst hərəkətə qadağa qoyulması ilə sərt profilaktik tədbirlər tətbiq olunub. Yerli mağazalar və supermarketlər karantində olan sakinlər üçün lazımi məhsulların çatdırılmasını təşkil edəcəklər.

1news.az

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər