AZAL: Varşavadan Bakıya 100 vətəndaşımız təxliyə edilib – FOTO   | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL: Varşavadan Bakıya 100 vətəndaşımız təxliyə edilib – FOTO  

20:36 - 21 / 05 / 2020
AZAL: Varşavadan Bakıya 100 vətəndaşımız təxliyə edilib – FOTO  

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən,  21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.

S.Xankişiyeva

 

Paylaş:
1432

Son xəbərlər

Bütün xəbərlər