AZAL: Daha 178 soydaşımız İstanbuldan Vətənə gətirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL: Daha 178 soydaşımız İstanbuldan Vətənə gətirilib – FOTO

19:28 - 22 / 05 / 2020
AZAL: Daha 178 soydaşımız İstanbuldan Vətənə gətirilib – FOTO

Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırıb.

"Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən,bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirmişdir.

S.Xankişiyeva

 

Paylaş:
1372

Son xəbərlər

Bütün xəbərlər