Rəsmi

Hindistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

20:00 - 22 / 05 / 2020
Hindistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovinddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Zati-aliləri. Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında yaxın mədəni və tarixi əlaqələr mövcuddur ki, bu, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi niyyətimizdə özünü göstərir. Ümid edirəm ki, birgə səylərimiz çoxistiqamətli əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

COVID-19 pandemiyası bəşəriyyət üçün misli görünməmiş bir təhlükə yaradır. Hindistan bu xəstəliyə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətlə birgə fəaliyyət göstərməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

S.Xankişiyeva

 

Son xəbərlər

Bütün xəbərlər

Next TV