Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər - FOTO

14:50 - 26 / 05 / 2020
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər - FOTO

2020-ci ilin əvvəlindən dünyaya yayılan Covid-19 demək olar ki, iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərib. Ən çox əziyyət çekən sahələrdən biri isə turizm və qonaqpərvərlik sahəsi oldu. Aydındır ki, virusdan sonra həm turizm, həm digər sahələr əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəklər və yeni şəraitə uyğunlaşmalı olacaqlar.

Azərbaycan iqtisadiyyatının mühüm hissəsini təşkil edən turizm sahəsinin bərpası bizim üçün prioritet vəzifələrdəndir. 

May ayının 21-də Qonaqpərvərlik sahəsinin TOP-reytinqli və nüfuzlu universitetlərdən olan Les Roches Global Hospitality Management Məktəbi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin ekspertləri COVİD-19-dan sonra Qonaqpərvərlik sektorunun bərpasını müzakirə ediblər.

Xüsusi olaraq Azərbaycanın qonaqpərvərlik və turizm sektorunun mütəxəssisləri və bu sahədə karyera qurmaq istəyənlər üçün təşkil olunmuş eksklüziv vebinarda aşağıdakı məsələlər  müzakirə olunub:

- Turizmin indiki vəziyyəti və gələcək perspektivləri

- Gəlirlərin idarə olunması

- Risklər və böhrandan çıxış

- Pandemiya dövrü və ondan sonra Dövlət Turizm Agentliyinin Turizm Təhsili və Təlim strategiyası

Vebinarda çıxış edən Les Roches Məktəbinin mütəxəssisləri Alvaro Hidalgo və Susana Garrido pandemiyanın turizm sektoruna olan neqativ təsirinin bir müddət sonra keçəcəyini desələr də, qeyd ediblər ki, bundan sonra həm otellər, həm digər xidmət sahələri, həm də ölkələr yeni formatda çalışmalı olacaqlar.

Xarici mütəxəssislər Azərbaycanın turizm sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşdülər və öz məsləhətlərini verdilər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Hüseyn Həsənov Azərbaycanda koronavirusla mübarizə üçün atılan addımlar haqqında və ölkəmizdə qonaqpərvərlik sahəsində təhsil imkanları haqqında ətraflı məlumat verdi.

Vebinar zamanı qeyd olundu ki, bir çox insan işini itirdiyinə görə, COVİD-19-dan sonra rəqabət daha da artacaq. Buna görə də yaranmış fasilədən özünüinkişaf üçün istifadə etmək, online proqramlara yazılmaq və təhsilinizi artırmaq məsləhətlidir.

Bununla bağlı Les Roches Məktəbinin icraçı direktoru Yulia Tokareva Məktəbdə təklif olunan proqramlar, tələbələr üçün yaradılan karyera imkanları haqqında danışdı.

Vebinarın tam videosunu linkə keçib izləyə bilərsiniz: https://events.webinar.ru/event/4828526/4929978/fe88d52b82ae897e1ed1f7f82b9aae48

Əlavə sualınız üçün Les Roches Global Hospitality Management Məktəbinin Azərbaycandakı rəsmi təmsilçisi olan Prime Education Şirkətilə əlaqə saxlaya bilərsiniz:

Tel: +994 50 207 21 53

        +994 12 488 67 85

Email: [email protected]

Reklam hüququnda

Paylaş:
1311

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər