Daha 4 rayona yeni prokuror təyin edilib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 4 rayona yeni prokuror təyin edilib – YENİLƏNİB

11:37 - 19 / 06 / 2020
Daha 4 rayona yeni prokuror təyin edilib – YENİLƏNİB

Bakının Nəsimi rayonuna yeni prokuror təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Həsən Hənifəyev Nəsimi rayon prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.

10.33

Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.

S.Xankişiyeva

 

Paylaş:
1215

Son xəbərlər

Bütün xəbərlər