Bu gün hər bir kəs infeksiya mənbəyi ola bilər - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün hər bir kəs infeksiya mənbəyi ola bilər - TƏBİB

11:16 - 20 / 06 / 2020
Bu gün hər bir kəs infeksiya mənbəyi ola bilər - TƏBİB

Dünən yeni yoluxma sayı 438 oldu ki, bu da ən yüksək saydır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“İndiyədək 143 xəstə COVİD-19-dan dünyasını dəyişib. Təəssüf ki, ölənlərin sayı artır. Bu göstəricilərin nəticəsi olaraq karantin rejiminin müddəti uzadılıb. Təəssüflə qeyd edim ki, həftə sonlarında etdiyimiz qısamüddətli qapanmalar zamanı istədiyimiz nəticəni görə bilmədik, tam əks nəticələr əldə edildi. Mən bütün vətəndaşlara müraciət edib demək istəyərəm ki, sosial aktivliyi azaldaq. Bu gün hər bir insan infeksiya mənbəyi ola bilər. Buna hər kəs yoluxa bilər”.

S.Xankişiyeva

 

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər