Ermənistana xidmət edən fransız diplomat: BMT-nin Qarabağla bağlı qətnaməsinin mətni necə dəyişdirildi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənistana xidmət edən fransız diplomat: BMT-nin Qarabağla bağlı qətnaməsinin mətni necə dəyişdirildi – FOTO

14:42 - 22 / 06 / 2020
Ermənistana xidmət edən fransız diplomat: BMT-nin Qarabağla bağlı qətnaməsinin mətni necə dəyişdirildi – FOTO

Fransanın BMT-dəki keçmiş səfiri Jan-Bernard Merime BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822 saylı qətnaməsinin yekun tərtibatında əsas rol oynayıb.

Bu haqda ABŞ Dövlət Departamentinin 1993-cü ilin aprel ayında hazırlanan teleqramından məlum olub, deyə USC Institute of Armenian studies saytı məlumat yayıb.

Bu teleqram Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı sənədlərdən biridir və bu yaxınlarda Arkanzas ştatının Little Rock şəhərində yerləşən Klinton Prezident Kitabxanası tərəfindən nəşr edilib.

ABŞ diplomatlarının hazırladığı və ABŞ-ın o vaxtkı BMT-dəki daimi nümayəndəsi Madlen Olbrayt tərəfindən hazırlanan qətnamədə ilkin olaraq Ermənistanla Dağlıq Qarabağla arasında yerləşən "Kəlbəcər bölgəsini işğal edən Ermənistan silahlı qüvvələri" cümləsi qeyd edilir.

Yayılan teleqramda ABŞ-ın təklif etdiyi cümlənin “bu vəziyyət haqqında Şura üzvlərinə məhdud məlumat verildiyi üçün çox spesifik” adlandırıldığı deyilir.

Fransa səfiri daha sonra Kəlbəcərin Ermənistan tərəfindən tutulmasını BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq "təcavüz aktı" kimi deyil, eyni Nizamnamənin VI fəslinə uyğun olaraq "sülh yolu ilə həll edilməli olan mübahisə" kimi qiymətləndirməyi təklif etdi.

Nəticədə, 30 aprel 1993-cü ildə qəbul edilmiş 822 nömrəli qətnamədə "yerli erməni qüvvələri" ifadəsi işlədildi, deyə USC Institute of Armenian studies saytının açıqlamasında bildirir və qeyd olunur ki, fransız diplomatın hansısa erməni diplomatlar və ya lobbiçilər tərəfindən təsiri altına düşə biləcəyi hələ məlum deyil.

Fotoda: Fransız diplomat Jan-Bernard Merime

1news.az redaksiyası tərəfindən qeyd edirik ki, təcavüzkar ölkənin xeyrinə BMT-nin Qarabağla bağlı bəyanatının tərtibatına təsir Fransanın BMT-dəki keçmiş səfirinə aid edilən yeganə saxtakarlıq deyil.

2005-ci ilin oktyabrında, o zaman 68 yaşlı Merime, BMT-nin “Sənaye üçün neft” proqramı ilə əlaqəli korrupsiya qalmaqalında iştirak etməkdə şübhəli bilinərək tutuldu.

Jan-Bernard Merime, habelə Fransa Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Serj Bouadeve, vəzifə səlahiyyətlərindən sui-istifadə və şəxsi mənfəət üçün xarici bir dövlətin maraqlarına uyğun hərəkətdə ittiham edildilər. Merime özü 2001-ci ildə İraqdan iki milyon barel İraq neftinin satılması üçün 150 min dollar aldığını söylədi. Merime İraqın BMT-dəki maraqlarına dəstək verdiyi üçün minnətdarlıq olaraq İraqın o zamankı baş nazirinin müavini Tarık Əzizdən neft alqı-satqısı müqaviləsi alıb.

Cinayətin digər iştirakçıları arasında o zamanlar “Sənaye üçün neft” proqramına rəhbərlik edən kiprli erməni Benon Sevan da var. 1990-cı illərin əvvəllərində BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

Sevan müstəqil istintaq komissiyası tərəfindən ona qarşı irəli sürülən bütün korrupsiya ittihamlarını rədd etdi. Səddam Hüseynə bu proqramla əməkdaşlıq etmək üçün şirkət seçmək imkanı verən BMT Təhlükəsizlik Şurasına cavabdehlik bildirərək, o, proqramın icrası zamanı ortaya çıxan bütün çətinliklər və pozuntular barədə Təhlükəsizlik Şurasına mütəmadi məlumat verdiyini bildirib.

Nəticədə, 2016-cı ildə Jan-Bernard Merime 50.000 avro cərimə cəzasına məhkum edildi. Benon Sevan ona qarşı irəli sürülən bütün ittihamları tamamilə rədd edərək, heç vaxt məhkum edilmədi.

Fotoda: BMT diplomatı Benon Sevan

Mövzu ilə əlaqədar oxuyun:

Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi “Qarabağ – Azərbaycandır! Nida işarəsi!” sözlərini təkrar edib

Kamal Cəfərov: Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu sənəd İrəvan üçün ciddi mesajdır

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1391

Son xəbərlər

Bütün xəbərlər