Almazbek Atambayev 11 il müddətinə azadlıqdan məhrum edildi | 1news.az | Xəbərlər
Dünya

Almazbek Atambayev 11 il müddətinə azadlıqdan məhrum edildi

16:31 - 23 / 06 / 2020
Almazbek Atambayev 11 il müddətinə azadlıqdan məhrum edildi

Bişkekin Pervomaysk rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev barədə hökm çıxarıb.

1news.az-ın rus mətbuata istinadla verdiyi xəbərə görə, Almazbek Atambayev “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, həmçinin kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiq etmə, dövlət çevrilişi, korrupsiya, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmə və digər cinayətlərdə ittiham olunub.

Prokurorluq eks-prezidentin həbs müddətini 15 il tələb etsə də, məhkəmə dövlət mükafatları və əmlakı müsadirə olunmaqla onun 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar verib.

Ötən il avqustun 7-8-də sabiq prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda 136 nəfər xəsarət alıb, xüsusi təyinatlı qüvvələrin bir əməkdaşı həlak olub. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılıb.

Sabiq prezident 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

S.Xankişiyeva

 

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər