Prezident Gəncədə tikinti materialları istehsalı zavodunun açılışında iştirak edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Gəncədə tikinti materialları istehsalı zavodunun açılışında iştirak edib – FOTO – YENİLƏNİB

16:18 - 24 / 06 / 2020
Prezident Gəncədə tikinti materialları istehsalı zavodunun açılışında iştirak edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev zavodu işə saldı.

Məlumat verildi ki, müəssisədə süni mərmər, keramoqranit - yəni, yer və divar üzlükləri, metlax və quru inşaat qarışıqları istehsal ediləcək. Hazırda burada illik istehsal gücü 40 min ton astar və 20 min ton üzlük olan tikinti materialları istehsalı zavodu tikilib və avadanlıqları quraşdırılıb. Məhsulların hazırlanmasında istifadə olunan xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir. Müəssisənin illik istehsal gücü - 3 milyon kvadratmetr olacaq. Burada hazırlanan məsulların Rusiya Federasiyasına, Gürcüstana və Orta Asiya respublikalarına satışı nəzərdə tutulur. Zavodda 300-dən çox yeni iş yeri yaradılıb.

Zavodun direktoru Anar Məmmədov bildirdi ki, müəssisənin ümumi dəyəri 46,5 milyon manatdır. Onun 10 milyon manatı güzəştli kreditdir. Ümumi dəyəri 32 milyon manat olan investisiya təşviqi sənədi alınmış və 6 milyon manat vəsaitə qənaət olunub.

Qeyd edək ki, ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də sahibkarlığa ümumi iqtisadi inkişafın mühüm subyekti kimi baxılır. 2004-cü ildən bəri Sahibkarlığın İnkişafı Fondu tərəfindən Gəncədə 498 sahibkara 51,2 milyon manat kredit verilib. Bu da şəhərdə yeni istehsal müəssisələrinin yaradılmasına şərait yaradıb.

S.Xankişiyeva

 

Paylaş:
606

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər