İlham Əliyev Sloveniyanın dövlət başçısına təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Sloveniyanın dövlət başçısına təbrik məktubu göndərib

17:00 - 24 / 06 / 2020
İlham Əliyev Sloveniyanın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və dost Sloveniya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Sloveniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin mənafelərinə xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19-la mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Sloveniya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə daim rifah arzulayıram".

S.Xankişiyeva

 

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər