Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər
Siyasət

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm"

10:34 - 24 / 06 / 2020
Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm"

"Mən artıq sağalmaq üzrəyəm və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir".

1news.az xəbər verir ki, bunu COVİD-19-a yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev həkimlərə fədakarlıqlarına da minnətdarlığını da bildirib:

"Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğmaplanetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəsətələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!"

Qafar Ağayev

Paylaş:
1161

Son xəbərlər

Bütün xəbərlər