Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - Sərəncam | 1news.az | Xəbərlər
Rəsmi

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - Sərəncam

13:27 - 25 / 06 / 2020
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

"general-polkovnik" hərbi rütbəsi

general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

"general-mayor" hərbi rütbəsi

polkovnik Nizami Ağoğlan oğlu Məmmədova

polkovnik Ramil Əlimran oğlu Əsgərova

"kontr-admiral" hərbi rütbəsi

1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər