Vüqar Şahmuradov: ““Azərbaycan” İES ölkədə mazutla işləyən yeganə elektrik stansiyadır”
"Azərbaycan" İES ölkədə fəaliyyət göstərən yeganə elektrik stansiyasıdır ki, həm də mazutla işləyə bilir. Ona görə də burada mazut təsərrüfatı mövcuddur. Belə ki, burada növbəli şəkildə mazut təsərrüfatı tikilib".
1news.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib. V.Şahmuradovun sözlərinə görə, İES ərazisində bu günə qədər 18 mazut çəni tikilib:
"İlkin mərhələdə 6 çən, sonrakı mərhələdə də 6 çən inşa edilib və ümumilikdə 12 çən mövcud idi. 2019-cu ildə İES ərazisində daha 6 çən ostofadəyə verilərək ümumi çənlərin sayı 18-ə çatdırıldı. Bundan əlavə mazut təzərrüfatının yanğınsöndürmə sistemi tam yenidən quruldu. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi qurularaq istifadəyə verildi. Mazutdan ehtiyat yanacaq kimi istifadə olunur. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Əgər hər hansı səbəbdən qaz təchizatı dayanarsa və bu mazut ehtiyatı stansiyanın 1 ay müddətində tam gücü ilə işləməsinə imkan yaradır"- deyə V.Şahmuradov əlavə edib".
Qafar Ağayev