Premyer Liqa klublarından yalnız 3-ü mənfəət əldə etdi - Toğrul Vəliyev | 1news.az | Xəbərlər
İqtisadiyyat

Premyer Liqa klublarından yalnız 3-ü mənfəət əldə etdi - Toğrul Vəliyev

17:34 - 29 / 06 / 2020
Premyer Liqa klublarından yalnız 3-ü mənfəət əldə etdi - Toğrul Vəliyev

Məlum olduğu kimi, 18 iyunda AFFA-nın növbəti iclası keçirildi. Bütün faktorlar və tövsiyələr nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarışların dayandırılması qərarı verilib. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib (UEFA Çempionlar Liqası: “Qarabağ” FK; UEFA Avropa Liqası: “Neftçi” PFK, “Keşlə” FK, “Sumqayıt” FK). Bununla da Azərbaycanda 2019/2020-ci futbol mövsümü bitdi.

İqtisadçı ekspert Toğrul Vəliyev (Maşallı) şəxsi Telegram səhifəsində klubların maliyyə durumunun analizini aparıb. Keçən ildən bəri futbol klublarının da maliyyə hesabatlarını yerləşdirməyə başlayıdıqlarını deyən ekspertin sözlərinə görə, ilk dəfə bu 2019-cu ilin mayında baş verib:

“Bu il nəsə məsələ uzandı, amma iyun ayında premyer-liqada iştirak edən bütün 8 klub maliyyə hesabatlarını yerləşdirdilər. Məlum oldu ki, 2018-ci ildən fərqli olaraq, 2019-cu ildə bir çox klublarda problemlər müşahidə olunurdu. Əgər rəsmi hesabatlara görə 2018-ci ildə 5 klub mənfəət əldə etmişdisə, 2019-cu ilin nəticələrinə görə yalnız 3 klub mənfəət əldə etdi: “Neftçi” (keçən ilə nəsbətdə mənfəəti 1/3-ə azaldı), “Zirə” (sabit olaraq mənfəət əldə edir) və “Sabah” (100 min zərərə qarşı indi 397 min mənfəət əldə edib).

Digər klublara gəldikdə, qeyd edə bilərik ki, “Keşlə” nəyəsə görə 2018-ci ilin bütün göstəricilərinə yenidən baxıb və bir çox hallarda müvafiq göstəricilərini azaldıb. “Qəbələ” keçən ilki kimi, bu dəfə də aktiv və öhdəliklər barədə məlumat verməyib (keçən dəfə ən azı ümumiləşdirilmiş şəkildə idi, bu dəfə heç məlumat verməyib). “Qarabağ” isə 2019-cu ildə sponsora müraciət etməli olub. Əgər 2018-ci ildə sponsordan 1,9 milyon manat götürmüşdüsə (sonradan hesabatda bunu 0 kimi göstərdi), 2019-cu ildə müvafiq məbləğ 8 milyon manat təşkil edib. Eyni zamanda, əgər 1 il əvvəl 764 min manat mənfəət əldə etmişdisə, 2019-cu ildə artıq 1 milyon manat zərər ilə bitirib”.

1news.az

 

Paylaş:
1124

Son xəbərlər

Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41
Bütün xəbərlər