Bu gündən sosial ödənişlər bütün ATM və POS-terminallardan faiz tutulmadan verilir – RƏSMİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu gündən sosial ödənişlər bütün ATM və POS-terminallardan faiz tutulmadan verilir – RƏSMİ

14:30 - 01 / 07 / 2020
Bu gündən sosial ödənişlər bütün ATM və POS-terminallardan faiz tutulmadan verilir – RƏSMİ

Bu gündən vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından faiz tutulmadan əldə edə bilərlər.

Azərbaycan Mərkəzi Bankından 1news.az-a verilən məlumata görə, bu addım “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə atılıb.

Vətəndaşlar sual yarandığı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərlər.

S.Xankişiyeva

 

Paylaş:
1389

Son xəbərlər

Bütün xəbərlər