Tələbələrin köçürülməsi necə həyata keçiriləcək? - Cəsarət Valehovdan AÇIQLAMA

"Azərbaycanda tələbələrin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan digərinə köçürülməsi prosesi ilə bağlı heç bir problem yoxdu".
1news.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
O, bildirib ki, köçürülmə prosesi onlayn olduğu üçün onun təxirə salınması nəzərdə tutulmayıb:
“Bu proses iyul-avqust aylarında baş tutacaq. Köçürülmənin başlanılma müddəti ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat veriləcək”.
Qafar Ağayev
713