AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

09:31 - 08 / 07 / 2020
AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

Azərbaycanın milli aviadaşıyıcısı gələn həftədən etibarən Bakı və İstanbul arasında yerinə yetirilən aviareyslərin tezliyini artıracaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Bakı-İstanbul-Bakı istiqaməti üzrə yerinə yetirilən uçuşların ümumi sayı AZAL aviaşirkəti tərəfindən həftədə dörd reysdən səkkiz reysədək artırılacaq (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri).

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Xatırladırıq ki, tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.

Bütün hallarda test uçuşdan ən gec 48 əvvəl verilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.

“Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

S.Xankişiyeva

 

Paylaş:
845

Son xəbərlər

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36
Bütün xəbərlər