V.Bayramov: Maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

V.Bayramov: Maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək

12:46 - 09 / 07 / 2020
V.Bayramov: Maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxndan dəstəklənməsi siyasəti davam etdirilir. Prezident İlham Əliyevin yerli televiziyalara müsahibədə qeyd olunduğu kimi, ölkəmiz pandemiyanın təsirlərini minmumlaşdırmaq üçün həm vətəndaşlarımızın sosial təminatının daha yaxşılaşdırılması, həm də səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində intensiv fəaliyyəti davam etdirir. 

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, 800 çarpayılıq xəstəxananın istifadəyə verilməsi və növbəti dövrdə daha 1300 çarpayılıq yeni modul tipli xəstəxananın istifadəyə veriləcəyi də bunu bir daha təsdiq edir. Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. 

Vüqar Bayramov deyib ki, ölkəmizdə aparılan islahatlar, xüsusən də son 6 ildə daha da dərinləşdirilmiş islahat paketi nəticəsində pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı:

“Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələr üzrə orta azalma göstəricisi 9 fazidir. Uzun müddət sürətli artımı ilə fərqlənən Çində pandemiya səbəbindən ÜDM 7 faizdən çox azalıb. Avrozonada aktivlik pandemiyadan əvvəlki dövr ilə müqayisədə 18 faiz azalıb.  Göründüyü kimi, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdırmağa nail olan ölkələrdən hesab olunur.  Cənab Prezidentin bəyan etdiyi kimi, pandemiya dövründə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır”.  

Millət vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən strateji siyasət son illər Azərbaycanın maliyyə imkanlarının daha güclənməsinə səbəb olub. Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-dən çoxdur. Azərbaycan bu göstəriciyə görə dünyada azsaylı ölkələrdən biridir:

“Pandemiyanın davam etdiyi növbəti dövrlərdə də bizim maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2020-ci ildə neftin dünya bazar qiymətinin aşağı olması və pandemiyanın təsirlərinə baxmayaraq, heç bir sosial proqram təxriə salınmayacaq. Büdcədən maliyyələşən sosial ayırmalar həyata keçiriləcək. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Bu isə ondan xəbər verir ki, pandemiyanın davam edəcəyi halda növbəti aylarda da dövlət dəstəyinin güclənməsini müşahidə edəcəyik. Həmçinin vergi güzəştləri və güzəştli kreditlər paketi təsdiq olunub ki, bu da sahibkarların həmin paketlərdən istifadə etməsinə imkan verəcək. Bu baxımdan dövlət növbəti aylarda təşviqedici paketlər vasitəsilə sahibkarların və vətəndaşların dəstəklənməsini həyata keçirəcək”.  

Vüqar Bayramov əlavə edib ki, Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu Azərbaycanın iqtisadi gücünü və humanist siyasətini xarakterizə edən göstəricilərdəndir.

1news.az

Paylaş:
1255

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18
Bütün xəbərlər