Vüqar Bayramov: Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir

14:29 - 11 / 07 / 2020
Vüqar Bayramov: Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir

Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Bu pillədə yer almaqla ölkəmiz bütün qonşularını geridə qoyub. Belə ki, Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Bu qürurverici məqamla bağlı 1news.az Milli Məclisin deputatı Vüqar Bayramovdan şərh alıb.

Deputat bildirib ki, BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədi dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir:

“Nəzərə alsaq ki, bu hesabat hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur və həm iqtisadi, həm sosial və bütövlükdə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilər bu hesabatda öz əksini tapır.

Sevindirici haldır ki, Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir. Və praktiki olaraq biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən də öndəyik. Eyni zamanda Azərbaycanın balı region üzrə, o cümlədən Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə orta baldan daha yüksəkdir.

Bu da ondan xəbər verir ki, əslində Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə müqayiə olunur və həmin ölkələrdəki inkişaf indeksinə uyğun olaraq artım müşahidə olunur”.  

Vüqar Bayramov vurğulayıb ki, “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi və eyni zamanda beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır:  

“Nəzərə alsaq ki, həyata keçirilən islahatlar bir tərəfdən həm iqtisdiyyatın inkişaf etdirilməsi, dayanıqlılığın, eləcə də inküzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Nəzərə alsaq ki, 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və eləcə də rəhbərliyi iki sosial paket tətbiq olundu. Bu paketlər həm minimum əməkhaqqı, həm orta aylıq əməkhaqqı məbləğlərinin təxminən 2 dəfəyə yaxın artımı ilə nəticələndi. Orta aylıq əməkhaqqı, eləcə də minimum pensiyada 93% artıq artım qeydə alındı ki, bu da xüsusən sosial indekslərin daha da yaxşılaşdırılmasına  və vətəndaşlarımızın sosial təminanatının daha da gücləndirilməsinə imkan yaratdı”.

Millət vəkili qeyd edib ki, 2020-ci ildə pandemiyanın təsirləri, qlobal bazarda, o cümlədən neft bazarında volatilliyin yüksək olmasına baxmayaraq, sosial proqramlar icra olunur:

“Eyni zamanda sosial istiqamətlərdə ayrılan vəsaitlərin həcmində də artımlar var. Bu isə ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanın davamlı inkişafının davam etdirməsi üçün bir zəmin yaradır. Bu, islahatların nəticəsi kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, bu, yoxsulluq səviyyəsinin kəskin azalamsına, eyni zamanda vətəndaşlarımız üçün sosial təminat mexanizminin daha da gücləndirilməsinə gətirib çıxaracaq”.

S.Xankişiyeva

 

Paylaş:
2008

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər