Arzu Nağıyev: BMT Azərbaycan dövlətinin əldə etdiyi uğurları yüksək qiymətləndirib | 1news.az | Xəbərlər
Siyasət

Arzu Nağıyev: BMT Azərbaycan dövlətinin əldə etdiyi uğurları yüksək qiymətləndirib

18:10 - 11 / 07 / 2020
Arzu Nağıyev: BMT Azərbaycan dövlətinin əldə etdiyi uğurları yüksək qiymətləndirib

Azərbaycan Cənubi Qafqazın lideridir – müvafiq məlumatlar BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində yer alıb.

Ölkəmiz BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri indeksi” üzrə ortalama 72,6 bal ilə 54-cü pillədə qərarlaşıb. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Həmçinin hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib.

Ölkəmizin bu uğurunu şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev 1news.az-a bildirib ki, koronavirus pandemiyası və bunun yaratdığı fəsadlara baxmayaraq, Azərbaycan yoxsullara sosial dəstək proqramlarını həyata keçirməyə davam edir:

“Gördüyümüz kimi, Azərbaycanda yoxsulluqla mübarizənin nəticələri BMT tərəfindən bu qədər yüksək qiymətləndirilib. Xüsusi vurğulamaq istəyirəm ki, sosial proqramların icrası Prezident İlham Əliyevin nəzarəti altındadır.

Pandemiyanın çətin günlərində belə dövlət bütün öhdəliklərini yerinə yetirir. Həm Dövlət Neft Fondu, həm də dövlət büdcəsi əhaliyə və xüsusilə pandemiya nəticəsində əziyyət çəkənlərə dəstək verməyə yönəlmiş proqramları maliyyələşdirməyə davam edir. Bütün bunlar neftin kəskin ucuzlaşmasına baxmayaraq, tam, dəyişiklik olmadan həyata keçirilir.

Azərbaycan vətəndaşlara sosial dəstəyin (pandemiyadan əvvəl) bütün göstəricilərini yüksək səviyyəsində saxlayıb. Azərbaycan dövlətinin səyləri BMT tərəfindən yüksək qiymətləndirməsi bu genişmiqyaslı işi layiqincə əks etdirir.

Həmçinin qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev həm regional, həm də qlobal səviyyədə pandemiya ilə mübarizədə mühüm işlər görür, Azərbaycan beynəlxalq həmrəyliyi gücləndirmək, dünyanı koronavirusla qlobal mübarizədə birləşdirmək üçün zəruri təşəbbüslər irəli sürür” – deyə deputat vurğulayıb.

Mövzu ilə əlaqədar oxuyun:

Vüqar Bayramov: Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir

Tərcümə: S.Xankişiyeva

 

 

 

 

Paylaş:
2312

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər