KTMT-nin təcili iclası təxirə salındı | 1news.az | Xəbərlər
Siyasət

KTMT-nin təcili iclası təxirə salındı

17:26 - 13 / 07 / 2020
KTMT-nin təcili iclası təxirə salındı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma ilə əlaqədar çağrılan təcili iclası ertələnib.

“Report” xəbər verir ki, bunu Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

“İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbilə ertələnib”, - V.Zaynetdinov bildirib.

Qeyd edək ki, bu gün KTMT-nin baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı.

S.Xankişiyeva

 

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər