MN: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur | 1news.az | Xəbərlər
Siyasət

MN: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

18:26 - 13 / 07 / 2020
MN: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

“Məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur”.

Bunu 1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın feysbuk səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə məlumat yayılmışdı.

S.Xankişiyeva

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər