Hikmət Hacıyev: Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən zəruri əks həmlə tədbirləri görülür | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən zəruri əks həmlə tədbirləri görülür

19:22 - 13 / 07 / 2020
Hikmət Hacıyev: Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən zəruri əks həmlə tədbirləri görülür

“Dünən Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədilib. Bu təxribat və qəfil həyata keçirilən hücum nəticəsində artilleriya vasitələrindən istifadə edilməklə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində itki olub, bir neçə əsgərimiz isə yaralanıb. Şəhid olan əsgərlərimizə, hərbi qulluqçularımıza Allah rəhmət diləyirik, yaralananların isə tezliklə şəfa tapmasını diləyirik”.

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, dərhal Ali Baş Komandanın tapşırığı əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülüb: “Dünən gecədən etibarən və bu gün Ermənistanın bu kimi provokasiyalarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyu zəruri əks həmlə tədbirləri həyata keçirilir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclası keçirilib: “Bu iclasda da Ali Baş Komandan tərəfindən Azərbaycan Silahlı Qüvvələri qarşısında qisasın alınması və Ermənistan Silahlı Qüvvələrinin bu təxribatına həmişə olduğu kimi, layiqli cavab verilməsi ilə əlaqədar tapşırıq qoyulub. Baş vermiş hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan Respublikasının üzərindədir. Bu provokasiyalar onlar tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədilib. Ona görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

S.Xankişiyeva

 

Paylaş:
354

Son xəbərlər

Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTO14 / 06 / 2021, 20:12“Ölkədə vaksinasiya: vaksin vurdurmağın üstünlükləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ14 / 06 / 2021, 19:23Azərbaycan əhalisinin sayı açıqlanıb14 / 06 / 2021, 18:02Uelsli futbolçuların Bakı gəzintisi - VİDEO14 / 06 / 2021, 17:54BNA və DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət etdi14 / 06 / 2021, 17:51Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub14 / 06 / 2021, 17:47Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub14 / 06 / 2021, 17:39Son 30 ildə Ermənistanı tərk edən ermənilərin sayı açıqlanıb14 / 06 / 2021, 17:36Küveyti qum fırtınası iflic etdi - VİDEO14 / 06 / 2021, 17:31AQTA quş qripi ilə bağlı 40-dan çox ölkəyə məhdudiyyət tətbiq etdi14 / 06 / 2021, 17:28Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib - FOTO14 / 06 / 2021, 17:25Milli Qəhrəman Polad Həşimovun qızı məzun oldu: “İmtahan nəticəm çıxanda atam əhvalımı daha da yüksəldirdi”14 / 06 / 2021, 17:14“Zəngəzur dəhlizi regionun tranzitlogistika potensialını artıracaq” - Mikayıl Cabbarov14 / 06 / 2021, 17:11Bakıda yük maşını aşdı, qarpızlar yola dağıldı - VİDEO14 / 06 / 2021, 17:06Ötən həftə minadan təmizlənən ərazinin sahəsi açıqlandı - STATİSTİKA14 / 06 / 2021, 16:53Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub14 / 06 / 2021, 16:41“Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu” - Sevinc Fətəliyeva14 / 06 / 2021, 16:24Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib14 / 06 / 2021, 16:09Prezident Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub14 / 06 / 2021, 16:06“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir14 / 06 / 2021, 16:02
Bütün xəbərlər

Next TV