Prezident Elmira Süleymanova ilə bağlı sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Elmira Süleymanova ilə bağlı sərəncam imzaladı

15:48 - 16 / 07 / 2020
Prezident Elmira Süleymanova ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev E.T.Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınıb ki, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

1news.az

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər