Azərbaycan neftinin qiyməti 45 dolları keçdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 45 dolları keçdi

13:01 - 17 / 07 / 2020
Azərbaycan neftinin qiyməti 45 dolları keçdi

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar geriləyərək 43,26 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 40,71 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.

1news.az

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər