“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən, "Dövlət rüsumu haqqında" Qanuna aşağıdakı məzmunda 2.0.18-2-ci, 32-2-ci və 32-3-cü maddələr əlavə edilir:
"2.0.18-2. tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi"
"Maddə 32-2. Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
32-2.1. ambulator xidmət göstərən tibb müəssisələri |
2000 manat |
32-2.2. stasionar xidmət göstərən tibb müəssisələri |
4000 manat |
"Maddə 32-3. Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
Bu Qanunun 32-2.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
Bu Qanunun 32-2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilir.".
1news.az