Gürcü polisi Mübariz İbrahimovun fotosunu sökmək istədi, dava düşdü – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcü polisi Mübariz İbrahimovun fotosunu sökmək istədi, dava düşdü – VİDEO

11:24 - 20 / 07 / 2020
Gürcü polisi Mübariz İbrahimovun fotosunu sökmək istədi, dava düşdü – VİDEO

Gürcüstan polisi Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda şəhid Ömər Halisdəmir və Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun fotosuna görə problem yaradıb.

Turkustan.info xəbər verir ki, Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanılıb. Gürcüstan polisi sürücüdən TIR-ın qoşqusundakı Mübariz İbrahimovun fotosunu çıxartmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və qarşı çıxıb.

M.Ərdəm hər iki fotodakı qəhrəmanların onun üçün dəyərli olduğunu deyib. Keçməyinə icazə verilmədiyinə görə sürücü ilə polislər arasında mübahisə yaranıb.

Daha sonra Ərdahandakı jandarma əməkdaşları məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı konsulluğuna məlumat verib. Danışıqlardan sonra gürcü polisi M.Ərdəmin keçməsinə icazə verib.

S.Xankişiyeva

 

 

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər