“Milli Şura”nın növbəti qeybətxana şousu: bu dəfə Mehman Əliyevlə Natiq Cəfərli təhqir olundu - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Milli Şura”nın növbəti qeybətxana şousu: bu dəfə Mehman Əliyevlə Natiq Cəfərli təhqir olundu - VİDEO

15:02 - 21 / 07 / 2020
“Milli Şura”nın növbəti qeybətxana şousu: bu dəfə Mehman Əliyevlə Natiq Cəfərli təhqir olundu - VİDEO

“Milli Şura”nın qapalı toplantısından daha bir şok video yayılıb. Belə ki, “Milli Şura” və AXCP qeybətxanasının növbəti seriyasında Şura üzvləri vaxtilə bir yerdə olduqları, indi isə rəqib gördükləri tanınmış insanların ünvanlarına alçaldıcı və təhqiramiz ifadələr işlədiblər.

Mətbəx söhbətlərini xatırladan təqdim olunan videoda onların növbəti hədəfləri Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və ReAL partiyasının funksioneri Natiq Cəfərli olub. Ancaq məsələnin tam məğzinə keçməmiş onu da qeyd edək ki, növbəti dəfə Ə.Kərimlinin “blokada” şousu ifşa olunub. Çünki onlar toplaşar-toplaşmaz Vidadi Mirkamal digər iştirakçılara Ə.Kərimlini qoşub-qoşmaması ilə bağlı müraciət etsə də, Vahid Məhərrəmli “Yox, qoşma, qoşma” deyərək, “blokada” şousunun davam etməsini tövsiyə edib.

İlk olaraq “Turan” agentliyinin rəhbəri Mehman Əliyevi hədəf alan Şura üzvləri onu da hakimiyyətə işləməkdə günahlandırıblar.

Qənimət Zahidin “Mehman Əliyev İlqar Məmmədovun kopyasıdır” sözünə cavab olaraq Vidadi Mirkamal Mehman Əliyevin mövqesiz adam olduğunu söyləyir.

Bu arada Gültəkin Hacıbəyli də dərhal “Vidadi bəylə razıyam, mövqesiz adamdır. Amma tam İlqar Məmmədovun eynisi deyil hələ ki. Hələ ki...”, deməklə guya fikirlə tam razılaşmadığını ortaya qoyub.

Göründüyü kimi, artıq buradan da açıq-aydın şəkildə M.Əliyevin “Milli Şura” ilə ciddi fikir ayrılığı olması faktı üzə çıxıb.

Şura üzvləri daha sonra REAL-ın idarə heyətinin üzvü, aparıcı funksionerlərindən olan Natiq Cəfərlini hədəf alaraq onu ən aşağı ifadələrlə təhqir ediblər. Nədir ki, N.Cəfərli sətiraltı ifadələrlə təmsil olunduğu partiyadan istefa verənləri sərt şəkildə və ağır tonda tənqid edib. Maraqlıdır ki, N.Cəfərlini “tərbiyəsiz” adlandıran “Milli Şura”nın koordinasiya mərkəzinin “başbilənləri” özləri təhqirlərə yol verərək, onun ünvanına söyüş yağdırıblar.

Gültəkin Hacıbəyli Natiq Cəfərlini barədə deyir: “Natiq Cəfərli tərbiyəsiz, iyrənc, murdar, şərəfsiz, alçaq, ən pis sözlərə layiq adamdır”. Ardınca Vidadi Mirkamal, Vahid Məhərrəmli, Qənimət Zahid də “Şərəfsiz və tərbiyəsiz adamdırlar” deyə, təsdiq edirlər.

Müşahidələr göstərir ki, söyüş, təhqir, əxlaqsızlıqlarla dolu dırnaqarası siyasi mübarizə metodları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Hakimiyyətə, ictimaiyyət nümayəndələrinə, ziyalılara, eləcə də onların şər-böhtan kampaniyalarına dəstək verməyən insanlara qarşı qeyri-əxlaqi davranışlar, təhqirlər radikal müxalifətin əxlaq probleminin oldugunu tam sübuta yetirir.

Xatırladaq ki, bir müddət öncə Milli Şura rəhbərlərinin iştirakı ilə keçirilən onlayn konfransın iştirakçılar tərəfindən qeyri-ənənəvi oriyentasiya nümayəndələri təhqir olunub.

Gültəkin Hacıyeva keçmiş radio aparıcısı İsmayıl Cəlilovun Milli Şuraya qarşı tənqidinə cavab olaraq onu “qomik” adlandırıb.

Rafiq Manafov isə daha da irəli gedərək  İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırıb və kədərli şəkildə 40-cı illərdə Hitlerin bütün geyləri öldürməməsindən təəssüfləndiyini söyləyib.

Tanınmış tarixçi professor Altay Göyüşov da radikalçıların hədəfindən yayınmayıb. Belə ki, Milli Şuranın vidokonfranslarının birində Altay Göyüşovla bağlı müzakirələr aparılıb.

Gültəkin Hacıbəyli və Rahim Hacıyev Altay Göyüşovu təhqir edərək, onu saxta professor adlandırıblar.

Milli Şuranın videogörüntüləri bir daha sübut etdi ki, bu qurumun ətrafında toplaşanların məqsədləri yalnız və yalnız onlarla olmayanları hədəfə götürərək, təhqir atəşinə tutmaqdan ibarətdir. Əslində, bu, heç təəccüblü də görünmür. Çünki oradakılar daha əvvəlki “zoom” toplantılarında da qeybətxana və təhqirbazlıq mərkəzi olduqlarını isbatlayıblar.

1news.az

 

Paylaş:
820

Son xəbərlər

Bütün xəbərlər