Cəbhədə gərginlik davam edir - Düşmənin 2 hərbçisi ağır yaralanıb | 1news.az | Xəbərlər
Siyasət

Cəbhədə gərginlik davam edir - Düşmənin 2 hərbçisi ağır yaralanıb

16:03 - 21 / 07 / 2020
Cəbhədə gərginlik davam edir - Düşmənin 2 hərbçisi ağır yaralanıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.

1news.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur. Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

Qafar Ağayev

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər