Ermənistanın 2 PUA-sı məhv edildi - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın 2 PUA-sı məhv edildi - RƏSMİ

10:08 - 21 / 07 / 2020
Ermənistanın 2 PUA-sı məhv edildi - RƏSMİ

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Qafar Ağayev

Paylaş:
1111

Son xəbərlər

Bütün xəbərlər